Tərsanə xidmətləri
“Delta-ASM” şirkəti, Azərbaycanda ən iri quru tərsanələrindən birinə malik olması ilə öyünə bilər. Şirkət uzunluğu 45 metr, yük götürmə qabiliyyəti isə 450 ton olan gəmiləri bərkitmək iqtidarında olan azsaylı şirkətlərdən biridir. Bunun sayəsində, çeviklik, habelə iri və çətin layihələrə xidmət göstərilməsini təmin etmək mümkündür.
“Delta-ASM” şirkəti planlı təmir və bərpa işləri ilə yanaşı, qəza-təmir xidmətləri üçün də keyfiyyətli xidmətlər göstərir. Bütün quru dok-stansiyalar, hər layihə üzrə etibarlılıq və keyfiyyəti təmin edən təcrübəli menecerlər və professionallar tərəfindən idarə olunur.Şirkətin aktivlərinin sırasına qaldırıcı körpü kranları, 1,5-5 ton yükqaldırma qabiliyyətli çəngəlli yükqaldırıcılar və müştərilərin gəmilərinin məhsuldarlığını artıraraq daha da genişləndirmək üçün, müasir avadanlıqlarla təchiz edilmiş dörd emalatxana daxildir.
“Delta-ASM Services” bizim bütün quru doklarımızda aşağıdakı xidmətləri göstərə bilər:
Man, Deutz, B+W Alpha, Caterpillar, Bergen/Rolls Royce, Detroit, Nohab, Wartsila, Cummins, Mitsubishi və Rusiya dizel şirkətlərinin istehsalı olan mühərriklərinin yüksək keyfiyyətli təmiri həyata keçirilir.
- Mühərriklərin əsaslı təmiri və xidməti
- Sükan mexanizmi və sükanın əsaslı təmiri
- Struktur qaynaq xidmətləri (sertifikatlaşdırılmış)
- Gəmilərin konversiyası, iş dövrünün uzadılması və təkrar təchizatlandırılması
- Təbəqələrin profillə təmin edilməsi və bükülməsi
- Xarrat, dəlmə, oyma və frezer və digər emal işlərinin aparıldığı dəzgahlar emalatxanası
- Elektrotexniki xidmətlər
- Hidrotexniki xidmətlər
- NDT – MPI qalınlıq tədqiqatı
- SA.2.0 yüksək təzyiqli gövdənin təmizlənməsi
- Rəngləmə/Boyama xidmətləri
- Çənlərin təmizlənməsi və silinməsi
- Saxlanma