Maşınqayırma və dizel mühərriklərin təmiri
“Delta-ASM”, dəniz mühəndisliyinin bütün aspektləri və xidmətlərin göstərilməsinə peşəkar yanaşması və keyfiyyətli xidmətləri ilə sayılıb-seçilən şirkətlərdən biridir.Müasir texnologiyalara və təcrübəli, ixtisaslaşmış mühəndislərə malik olan “Delta-ASM”, ayrı-ayrı müştərilərin tələblərini ödəyən çevik və xüsusi sifarişli mühəndislik həllərini təqdim edə bilər.Mühəndislik və tikinti sektorunda geniş təcrübəsi olan “Delta-ASM” şirkəti, optimal həll variantlarının təmin edilməsi məqsədilə müştərilər ilə sıx əməkdaşlıq edir. Müasir və köhnə tipli gəmilər daxil olmaqla, bir çox gəmilər üzərində işləyən komanda, öz müştərilərinin texniki xidmət üçün çəkdiyi xərcləri azaltmağa və gəmilərin fasiləsiz işləməsinə kömək edir.Peşəkar servis şirkətlərinə köməklik göstərən “Delta-ASM” şirkəti, mühərriklərin, generatorların və bort sistemlərinin inşası, quraşdırılması, texniki xidmət və təmir işlərini həyata keçirir.
“Delta-ASM” şirkəti aşağıdakı xidmətləri göstərə bilir:
- Mühərrik hissələrinin dəyişdirilməsi
- Avarlı valın təmiri
- Sükan mexanizminin təmiri və quraşdırılması
- Sürətlər qutusunun təmiri və əvəzlənməsi
- Nasosların təmiri
- Generatorun əvəzlənməsi
- Hidroaqreqatların təmiri
- Boruların təmiri və quraşdırılması
- Bucurğadın əvəzlənməsi
- Mühərrikə xidmət göstərilməsi
- Saxlanma/Anbar